22 dekabr 2025. Bazar ertəsi

Qarabağ'ın rəqibində yeni baş məşqçi


  • Transfer
  • 14:02 20.09.2022
  • Oxunma sayı: 135
Qarabağ'ın rəqibində yeni baş məşqçi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandasının yeni baş məşqşisi bəlli olub.

Corner.az "Cadena SER"ə istinadən xəbər verir ki, Pirey təmsilçisinin "sükan"ı ispaniyalı Miçel Qonsalesə həvalə olunub.

59 yaşlı mütəxəssis artıq Afinaya yola düşüb. İspan çalışdırıcı bu postda Karlos Korberanı əvəzləyəcək.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq