22 dekabr 2025. Bazar ertəsi

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qaldı


  • Transfer
  • 22:31 20.09.2022
  • Oxunma sayı: 120
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qaldı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ersgebirge" komandasının baş məşqçisi Timo Rost istefaya göndərilib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Aue təmsilçisinin III Bundesliqanın cari mövsümündə uğursuz çıxışı səbəb olub.

Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra cəmi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Klub rəhbərliyi bu səbəbdən almaniyalı baş məşqçi ilə vidalaşmağa qərara alıb.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinin, 2016-cı ildən isə "Ersgebirge"nin uğurları üçün çalışır.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq