- Transfer
- 21:53 26.11.2024
"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransa "Nant"ı cari mövsümün əvvəlində Türkiyə "Qalatasaray"ından icarəyə götürdüyü futbolçu Mustafa Məhəmmədi birdəfəlik transfer edəcək.
Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 11 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 25 yaşlı hücumçunun keçidi üçün yaxın günlərdə İstanbul nəhəngi ilə danışıqlara başlayacaq.
"Qalatasaray" misirli futolçusuna 5,750 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Qarabağ" və "Nant" arasında ilk qarşılaşmada Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşdə "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.