29 iyul 2026. Çərşənbə

Bavariya Naqelsmann'la bağlı qərarını açıqladı


  • Transfer
  • 09:39 21.09.2022
  • Oxunma sayı: 124
Bavariya Naqelsmann'la bağlı qərarını açıqladı

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Yulian Nagelsman istefayə göndərilməyəcək.

Corner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Herbert Hayner yerli mətbuata açıqlama verib.

68 yaşlı funksioner 35 yaşlı mütəxəssisə güvəndiklərini vurğulayıb. O, milli komandaların matçları ilə bağlı yaranmış fasilədən sonra Münhen təmsilçisinin həmişəki oyununu sərgiləyəcəyinə inandığını söyləyib.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.







Transfer