22 dekabr 2025. Bazar ertəsi

Sumqayıt baş məşqçisi ilə yollarını ayırdı


  • Transfer
  • 12:12 21.09.2022
  • Oxunma sayı: 115
Sumqayıt baş məşqçisi ilə yollarını ayırdı

“Sumqayıt” komandası baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Gənclik şəhəri" belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq