- Transfer
- 21:53 26.11.2024
İsveçrənin "Sürix" komandası baş məşqçisi Franko Foda ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
İsveçrə təmsilçisinin prezidenti Ancillo Kanepa Fodanın yerli çempionatda və ölkə kubokunda etimadı doğrultmadığını bildirib.
Almaniyalı baş məşqçinin müqaviləsi 2024-cü ildə başa çatmalı idi.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Sürix"i mübarizədən kənarlaşdırıb - 3:2;2:2