- Transfer
- 21:53 26.11.2024
İspaniya "Barselona"sının kapitanı Serxio Buskets karyerasını ABŞ-da davam etdirəcək.
Corner.az "Diario Sport"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi hazırda ABŞ-ın "İnter Mayami" klubu ilə danışıqlar aparır. İspan futbolçu 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılaraq, MLS klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.