27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibi tanınmış futbolçu ilə yollarını ayırır


  • Transfer
  • 18:45 22.09.2022
  • Oxunma sayı: 124
Qarabağ'ın rəqibi tanınmış futbolçu ilə yollarını ayırır
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos" futbolçusu Kostas Manolasla yollarını ayırır. Corner.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
 
O, 31 yaşlı yunanlı müdafiəçinin karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubunda davam etdirəcəyini yazıb. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
 
“Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.






Transfer