"İnter” baş məşqçi Simone İnzaqi ilə yollarını ayırmayacaq. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sentyabrın 22-də Milan klubunun rəhbərləri ilə 46 yaşlı məşqçi arasında komandanın hazırkı böhrandan necə çıxacağı müzakirə olunub.
Rəhbərliyin italiyalı baş məqşçiyə güvəndiyi qeyd olunub. Onlar əmindirlər ki, heyət güclü olduğundan, komanda ötən mövsümdə olduğu kimi, nəticə əldə edə, ya da daha yaxşı çıxış edə biləcək. Eyni zamanda, İnzaqi yaranmış problemləri həll etmək üçün uyğun məşqçi hesab olunur.
A Seriyasının 7 turundan sonra “İnter” 12 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.