Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lill”dən ayrılan yarımmüdafiəçi Şekanı heyətinə cəlb edib.
Bu barədə “Renn”in rəsmi saytı məlumat yayıb. Azad agent statusunda olan portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Tam adı Migel Angel da Silva Roşa olan “Şeka” ləqəbli yarımmüdafiəçi “Braqa”nın yetirməsidir. 27 yaşlı futbolçu 2017-ci ildən “Lill”in uğurları üçün çalışırdı.