27 oktyabr 2024. Bazar günü

Sumqayıt yeni baş məşqçisini rəsmən açıqladı


  • Transfer
  • 13:47 26.09.2022
  • Oxunma sayı: 168
Sumqayıt yeni baş məşqçisini rəsmən açıqladı
 “Sumqayıt” FK-nın yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, "gənclər şəhəri"nin "sükan"ı Samir Abasova tapşırılıb. 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, 2011-2014-cü illərdə bu komandanın şərəfini qorumuş və 2015-2018-ci illərdə də burada baş məşqçi kimi işləmiş Samir Abasov futbolçu karyerası dönəmində “Viləş”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan” və “İnter” klublarında da çıxış edib. Abasov məşqçi kimi isə “Zirə” və “Neftçi” klublarında çalışıb. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşamış Samir Abasov 2 dəfə futbolçu kimi, 1 dəfə isə məşqçi kimi bu uğura nail olub.






Transfer