27 oktyabr 2024. Bazar günü

Everton'dan Əl Vahda'ya


  • Transfer
  • 14:33 26.09.2022
  • Oxunma sayı: 107
Everton'dan Əl Vahda'ya
İngiltərənin “Everton” klubu futbolçusu Allan ilə yolllarını ayırıb. Corner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” klubunun uğurları üçün çalışacaq. Braziliyalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Allan 2020-ci ildən London klubunda çıxış edirdi. O, əvvəllər Avropada “Napoli” və “Udineze” kimi komandaların da uğurları üçün çalışıb.
 
Təcrübəli oyunçu ötən mövsüm Premyer Liqanın 28 oyununda 2 məhsuldar ötürmə edib, 7 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.






Transfer