27 oktyabr 2024. Bazar günü

Trabzonspor onunla yollarını ayırdı


  • Transfer
  • 23:12 26.09.2022
  • Oxunma sayı: 107
Trabzonspor onunla yollarını ayırdı
Türkiyənin “Trabzonspor” klubu futbolçusu Anders Trondsenlə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Trabzon təmsilçisi norveçli oyunçuya 1 milyon 252 min 500 avro məbləğində təzminat ödəyəcəyini də diqqətə çatdırıb.
 
Trondsen 2020-ci ilin avqustunda “Trabzonspor”la 4 illik müqaviləyə imza atmışdı. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalı idi. Yarımmüdafiəçi Türkiyə klubunun heyətində cəmi 14 matça çıxıb. Daha öncə “Lillehammer”, “Stabek”, “Sarpsborq” və “Rusenborq” kimi klubların da formasını geyinmiş futbolçu Norveç yığmasında 4 oyuna çıxıb.






Transfer