27 oktyabr 2024. Bazar günü

Neftçi'nin baş məşqçisi millini çalışdıracaq namizədlər siyahısında


  • Transfer
  • 09:46 27.09.2022
  • Oxunma sayı: 101
Neftçi'nin baş məşqçisi millini çalışdıracaq namizədlər siyahısında

"Neftçi"nin çalıçdırıcısı Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.

Corner.az "Prosport.ro" saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.

Yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq.

Regekampfdan başqa digər namizədlər George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petreskudur.

Qeyd edək ki, mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampfın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Rumıniya yığması UEFA Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub etsə də, qrupda sonuncu yeri tutaraq B liqasına düşüb.







Transfer