27 oktyabr 2024. Bazar günü

Real onlarla yollarını ayırır


  • Transfer
  • 14:48 27.09.2022
  • Oxunma sayı: 110
Real onlarla yollarını ayırır

İspaniyanın "Real Madrid" klubu 2023-cü ilin yayında iki futbolçusu ilə yollarını ayıracaq.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, Marko Asensio və Mariano Diasın başa çatan müqavilələri yenilənməyəcək.

"Kral klubu" Toni Kroos və Kərim Benzemaya yeni sözləşmə təklif edəcək.

Madrid təmsilçisi Naço Fernandeslə danışıqları davam etdirir. Dani Sebalyosun komandadakı taleyi hələki məlum deyil.

Qeyd edək ki, Marko Asensio 2016, Mariano Dias isə 2018-ci ildən La Liqa nəhənginin uğurları üçün çalışır.







Transfer