29 iyul 2026. Çərşənbə

Azərbaycandan təklif aldı, Lüksemburq klubunu seçdi


  • Transfer
  • 15:20 27.09.2022
  • Oxunma sayı: 157
Azərbaycandan təklif aldı, Lüksemburq klubunu seçdi

Fransanın aşağı yaş qrupu üzrə milli komandalarının keçmiş futbolçusu Samed Kılıç karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib.

Corner.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

Türkiyə əsilli futbolçu Azərbaycandan təklif aldığını etiraf edib. Onun  sözlərinə görə, Türkiyədə oynamaq variantı da olub. Amma Kılıç Belçikanın ikinci liqasında çıxış edən Lüksemburq klubu “Virton”un təklifini  üstün tutduğunu bildirib. Yarımmüdafiəçi yeni klubu ilə artıq müqaviləyə imza atdığını da deyib.

Samed Kılıç ötən mövsümü Fransanın aşağı liqa təmsilçisi “Şambli”də keçirib.







Transfer