22 dekabr 2025. Bazar ertəsi

2 klubun hədəfində olan Dumfresdən açıqlama


  • Transfer
  • 22:13 27.09.2022
  • Oxunma sayı: 152
2 klubun hədəfində olan Dumfresdən açıqlama

"İnter”in müdafiəçisi Denzel Dumfris “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsinə düşməsinə münasibət bildirib.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hazırda diqqətini “İnter”ə yönəltdiyi və burda çempionluq yaşamaq istədiyini deyib:

“Əlbəttə, bu məni çox qürurlandırır, lakin hazırda diqqətimi yalnız “İnter”ə yönəltmişəm. Ötən mövsüm “Milan”a titul uğrunda mübarizədə məğlub olmağımız hələ də təsir edir ona görə bu mövsüm biz çempionluğu qazanmaq istəyirik."

Cari mövsümdə niderlandlı futbolçu İtaliya klubunun heyətində 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq