28 noyabr 2024. Cümə axşamı

Sumqayıt'ın sabiq baş məşqçisi millini çalışdıra bilər


  • Transfer
  • 10:02 28.09.2022
  • Oxunma sayı: 84
Sumqayıt'ın sabiq baş məşqçisi millini çalışdıra bilər

"Sumqayıt" klubunun sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

Corner.az-ın məlumatına görə, yerli “Pressball” qəzeti bu iddianı irəli sürüb.

41 yaşlı mütəxəssisin bu posta namizədlər sırasında olduğu bildirilib. Baqadan başqa digər namizəd "Minsk"in baş məşqçisi Vadim Skripçenkodur.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında "Sumqayıt"ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Belarus yığması UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda mübarizə aparıb. Komanda qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb.







Transfer