22 dekabr 2025. Bazar ertəsi

Denayer BƏƏ klubu ilə müqavilə imzalamağa getdi


  • Transfer
  • 16:46 28.09.2022
  • Oxunma sayı: 98
Denayer BƏƏ klubu ilə müqavilə imzalamağa getdi

Belçika millisinin üzvü Ceyson Denayer karyerasını Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl Əhli” klubunda davam etdirməyə yaxındır.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, azad agent olan 27 yaşlı futbolçu artıq tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün yeni klubunun düşərgəsinə yollanıb.

2013-cü ilin iyulunda “Mançester Siti”də çıxış edən Denayer 2018-ci ildə “şəhərlilər”i “Lion”a dəyişib. O, Fransa klubunda 137 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Denayer 2015-ci ildə Belçika millisində debüt edib və 35 matçda yalnız bir dəfə fərqlənib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq