11 aprel 2026. Şənbə

Mançester Yunayted PSV-nin hücumçusu üçün hərəkətə keçdi


  • Transfer
  • 16:53 28.09.2022
  • Oxunma sayı: 126
Mançester Yunayted PSV-nin hücumçusu üçün hərəkətə keçdi

İngiltərə “Mançester Yunayted”i PSV-nin hücumçusu Kodi Qakponu heyətinə qatmağı planlaşdırır.

Corner.az “Forbes”-ə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” niderlandlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Kriştiano Ronaldonun gedişindən sonra transfer etmək niyyətindədir. Eyndhoven təmsilçisinin bu keçidə razılıq verəcəyi gözlənilir.

23 yaşlı futbolçu bu mövsüm Erediviziyada 7 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun transfer dəyəri hazırda 35 milyon avro olaraq qiymətləndirilir.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”