28 noyabr 2024. Cümə axşamı

Beşiktaş'dan ayrılan futbolçu Super Liqada qaldı


  • Transfer
  • 20:33 28.09.2022
  • Oxunma sayı: 79
Beşiktaş'dan ayrılan futbolçu Super Liqada qaldı
"Beşiktaş”dan azad agent kimi ayrılan futbolçu Adem Lyayiçin yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu yenidən Türkiyə Super Liqasında çıxış edəcək.
 
Serbiyalı futbolçu  “Fatih Karagümrük”lə 1.5 illik müqavilə bağlayıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, müqavilənin 2023-cü ilin yanvar ayından qüvvəyə minəcəyi vurğulanıb.
 
Lyayiç 2018-ci ildən “Beşiktaş”da forma geyinirdi. O, “qara qartallar”ın heyətində bütövlükdə 85 matça çıxıb, 18 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Serbiyalı daha öncə “Torino”, “Roma”, “İnter”, “Fiorentina” və “Partizan” klublarının da formasını geyinib. Yarımmüdafiəçi Serbiya yığmasında 47 oyuna 9 qol vurub.






Transfer