Türkiyənin “Fənərbaxça” klubundan ayrılan müdafiəçi Filip Novakın yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə müqavilə bağlayıb.
Lakin tərəflər arasındakı sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Çexiyalı oyunçu yeni komandasında 57 nömrəli formanı geyinəcək.
Bildirək ki, Novak 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul klubunda 51 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.