Ötən mövsüm başa çatandan sonra “Qarabağ”dan ayrılan Xayme Romeronun yeni komandası müəyyənləşib. Corner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İspaniyanın “Kartaxena” klubu ilə anlaşıb.
İspaniyalı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Romero 2019-cu ilin yayından “Qarabağ”ın uğurları üçün çalışırdı. O, Ağdam klubunun heyətində meydana çıxdığı 69 oyunda 14 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. 4 ay idi klubsuz olan Xayme, bir neçə gün öncə “Kartaxena”nın düşərgəsinə baxışa dəvət olunmuşdu.