Belçika millisinin müdafiəçisi Ceyson Denayerin Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubuna keçidi rəsmiləşib. Corner.az xəbər verir ki, bu barədə Dubay təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azad agent kimi statusu daşıyan 27 yaşlı futbolçu yeni klubu ilə müddəti 2023-cü ilin 30 iyununa qədər olan müqavilə bağlayıb.
Denayer 2018-ci ildən Lion “Olimpik”inin formasını geyinirdi. O, bu komandanın heyətində 139 matça çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı oyunçu daha öncə “Qalatasaray”, “Sanderlend”, “Seltik” kimi komandaların da formasını geyinib. O, Belçika yığmasında 35 oyuna 1 qol vurub.