- Transfer
- 21:53 26.11.2024
İngiltərənin "Lester" klubunun futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az La Gazzetta dello Sporta istinadən xəbər verir ki, "İnter" 26 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Milan təmsilçisinin qış transfer dönəmində Türkiyə millisinin üzvü üçün təklif göndərəcəyi gözlənilir. Söyüncü ilə İspaniyanın "Atletiko Madrid" klubu da maraqlanır.
Qeyd edək ki, Çağlar Söyüncü 2018-ci ildən "Lester"də çıxış edir.