27 oktyabr 2024. Bazar günü

Real onu geri qaytara bilər


  • Transfer
  • 11:32 29.09.2022
  • Oxunma sayı: 110
Real onu geri qaytara bilər

İspaniya “Real”ı “Milan”da çıxış edən yarımmüdafiəçi Brahim Diası geri qaytarmaq niyyətindədir.

Corner.az “Football Espana”-ya istinadən xəbər verir ki, “kral klubu” Marko Asensionun ayrılacağı təqdirdə İtaliya klubu ilə danışıqlara başlayacaq.

“Milan” ispan futbolçunu 2021-ci ilin iyulunda “Real”dan 2 illik icarəyə götürüb. İtaliya klubunun 23 yaşlı oyunçunu 22 milyon avroya almaq hüququ var. Lakin Madrid klubu Diası 30 milyon avroya geri ala bilər.

Dias cari mövsümdə “Milan”ın heyətində 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer