- Transfer
- 21:53 26.11.2024
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev Rusiya Premyer Liqası klublarının onunla maraqlanmasından danışıb.
Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, millidəki gələcəyi ilə bağlı sualını da cavablandırıb:
“Dəqiq bir şey yoxdur, hər şey mümkündür. Təbii ki, mən böyük çağırışlar gözləyirəm, onlara hazıram. Bəzi klublar mənə maraq göstərir. Bəlkə, klub işinə qayıtdım amma hələ vaxtım var.
Klubların adını çəkmək istəməzdim. Amma deyə bilərəm ki, Rusiyanın bir sıra klubları mənə maraq göstərir”.
Adiyevin baş məşqçisi olduğu Qazaxıstan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparıb. Qazaxlar qrup mərhələsini 13 xalla 1-ci, Azərbaycan yığması isə 10 xalla 2-ci pillədə başa vurub.