28 noyabr 2024. Cümə axşamı

Müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm


  • Transfer
  • 16:52 29.09.2022
  • Oxunma sayı: 100
Müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm
“AFFA ilə sentyabrın 30-dək müqaviləm var. Ondan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm". Corner.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə danışarkən deyib.
 
İtaliyalı mütəxəssis son vaxtlar haqqında yazılanları fərziyə adlandırıb: "Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95%-i yalandır".
 
De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011-2017-ci illərdə Albaniya seçməsinin sükanı arxasında olub.






Transfer