Fransanın “Brest” klubu yarımmüdafiəçisi Yusef Belaili ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ayrılığa səbəb kimi əlcəzairli vingerin Liqa 1 klubuna uyğunlaşa bilməməsi göstərilib. Futbolçunun ailəsindən uzaqda olduğu üçün özünü yaxşı hiss etmədiyi diqqətə çatdırılıb.
Belaili bu ilin yanvar ayından “Brest”in uğurları üçün çalışırdı. O, bu komandada 19 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Əlcəzair yığmasında da 42 oyuna çıxıb və 9 qol vurub