- Transfer
- 21:53 26.11.2024
Fransanın PSJ klubu futbolçusu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.
Corner.az "El Larguero" nəşrinə istinadən xəbər verir ki, klub argentinalı hücumçuya 1+1 illik sözləşmə təklif etməyi planlaşdırır.
35 yaşlı futbolçu Paris təmsilçisində qalmağa razılıq versə, o, illik məvacib olaraq 30 milyon avro qazanacaq.
Daha əvvəl Messinin İspaniya "Barselona"sına qayıda biləcəyi ilə bağlı xəbər yayılıb.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında Kataloniya təmsilçisindən keçib. Onun Fransa çempionu ilə müqaviləsi gələn ilin iyununda başa çatacaq.