27 oktyabr 2024. Bazar günü

Premyer Liqanın daha bir klubu amerikalı iş adamlarına satılır


  • Transfer
  • 14:31 30.09.2022
  • Oxunma sayı: 95
Premyer Liqanın daha bir klubu amerikalı iş adamlarına satılır
"Everton”un sahibi Farhad Moşiri klubu amerikalı iş adamı Matsek Kaminskiyə sata bilər. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq ilkin razılığa gəliblər.
 
Sövdələşmə məbləğinin təxminən 437 milyon avro ola biləcəyi bildirilir.
 
2016-cı ildə Moşiri Mersisayd klubunda 49,9 faiz səhm əldə edərək, 2019-cu ilə qədər səhmlərini 77,2 faizə çatdırıb.
 
“Everton” İngiltərə Premyer Liqasının 7 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, bir neçə ay öncə Premyer Liqanın digər təmsilçisi “Çelsi” də amerikalı iş adamlarına satılmışdı.






Transfer