27 oktyabr 2024. Bazar günü

Şota Arveladze istefaya göndərildi


  • Transfer
  • 16:16 30.09.2022
  • Oxunma sayı: 133
Şota Arveladze istefaya göndərildi

İngiltərənin "Hall Siti" komandasının baş məşqçisi Şota Arveladze istefaya göndərilib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

48 yaşlı baş məşqçi bu ilin yanvarında Çempionşip təmsilçisi ilə 2,5 illik sözləşmə imzalamışdı.

Qeyd edək ki, cari mövsümə uğrusuz başlayan "Hall Siti" 10 turdan sonra 11 xalla turnir 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.







Transfer