27 oktyabr 2024. Bazar günü

Olimpiakos'un ulduz futbolçusunda xroniki zədə aşkarlandı


  • Transfer
  • 17:09 30.09.2022
  • Oxunma sayı: 96
Olimpiakos'un ulduz futbolçusunda xroniki zədə aşkarlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Qarabağ"ı qəbul edəcək "Olimpiakos"un yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin bud əzələsində ciddi problem olduğu bildirilir. Braziliyalı oyunçunun bu üzdən sıraya daha gec qayıdacağı gözlənilir. Hətta ulduz futbolçunun zədəli olduğu üçün depressiyaya düşdüyü diqqətə çatdırılıb.

İddiaya görə, Pirey təmsilçisi "sambaçı"nın ağır zədədən əziyyət çəkdiyini bilsə də, bunu ictimaiyyətdən gizlədir.

Marselo Yunanıstan klubuna cari mövsümün əvvəlində azad agent kimi keçib.

Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Transfer