27 oktyabr 2024. Bazar günü

Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb


  • Transfer
  • 11:05 01.10.2022
  • Oxunma sayı: 124
Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Braziliyanın "Santa Kruz" klubunun hücumçusu Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər.

Corner.az "Folhape" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.

Lakin braziliyalı hücumçu ilə hansı klubun maraqlandığı açıqlanmayıb.

Qeyd edək ki, Rafael Furtadonun "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. Forvard klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.







Transfer