27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibindən növbəti transfer


  • Transfer
  • 11:30 01.10.2022
  • Oxunma sayı: 108
Qarabağ'ın rəqibindən növbəti transfer

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u yeni transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq İsveçrə "Bazel"ində çıxış edən Paytim Kasamini heyətinə qatıb.

30 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.

 İsveçrəli oyunçu 2014 - 2017-ci illərdə də Pirey təmsilçisinin formasını geyinib.Kasami 2021/2022 mövsümündə "Bazel"in heyətində "köhlən atlar"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin hər iki matçında çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Transfer