27 oktyabr 2024. Bazar günü

Barselona'nın İngiltərə klubuna 52 milyon avro borcu var


  • Transfer
  • 16:28 01.10.2022
  • Oxunma sayı: 89
Barselona'nın İngiltərə klubuna 52 milyon avro borcu var

“Barselona”nın vingeri Ferran Torresə görə “Mançester Siti”yə daha 52 milyon avro borcu var.

Corner.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.

Kataloniya klubu 22 yaşlı oyunçunu 2022-ci ilin qışında, 55 milyon avroya alıb. Xəbərdə, transfer reallaşdığı vaxt La Liqa nəhənginin yarımmüdafiəçi üçün cəmi 3 milyon avro ödədiyi vurğulanıb.

İspaniyalı futbolçu  bu mövsüm 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

“Barselona” La Liqada 6 oyundan sonra 16 xalla ikincidir.







Transfer