22 dekabr 2025. Bazar ertəsi

Mançester Siti'dən Haland'a yeni müqavilə təklifi


  • Transfer
  • 15:36 02.10.2022
  • Oxunma sayı: 123
Mançester Siti'dən Haland'a yeni müqavilə təklifi

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Erlinq Halandın müqaviləsinin müddətini uzatmaq istəyir.

Corner.az "Daily Star"a istinadən xəbər verir ki, "şəhərlilər" 22 yaşlı hücumçunun çıxışından razı olduğu üçün bu addımı atmağa qərar verib.

Mançester təmsilçisi norveçli futbolçu ilə təkmilləşdirilmiş şərtlərlə yeni sözləşmə təklif edəcək. Müqavilənin mövsümün sonunda imzalanması planlaşdırılır.

Qeyd edək ki, Erlinq Haland iyunun 13-də "Mançester Siti"yə keçib və sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə müqaviləyə imza atıb. O, cari mövsüm meydana çıxdığı 10 matçda 14 qola imza atıb.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq