Real Jovic'dən imtina etdi
-
Transfer
-
19:19 21.05.2019
-
Oxunma sayı: 585
Real Eintracht'ın futbolçusu Luka Jovici almaqdan imtina edib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Frankfurt təmsilçisinin Madrid klubundan yüksək təzminat məbləği istəməsidir. Tərəflər əvvəlcə 60 milyon avroya razılıq əldə etsələr də, almanlar sonradan fikrini dəyişib. İddiaya görə, Bundesliqa təmsilçisi serbiyalı futbolçunu 100 milyon avrodan ucuz satmaq istəmədiyini bildirib.Qeyd edək ki, Jovic "Barselona"nın da maraq dairəsindədir.