“Nottingem Forest” tezliklə baş məşqçi Stiv Kuperlə yollarını ayıra bilər. Corner.az “The Telegraph”a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis qovulmağa yaxındır və onun yerinə namizədlərdən biri də Rafael Benitesdir.
Benites daha əvvəl Premyer Liqada çalışıb. O, “Liverpul”, “Çelsi” (baş məşqçi əvəzi), “Nyukasl” və “Everton” komandalarının “sükanı arxasında” olub.
“Nottingem Forest” Premyer Liqada 4 xalla 20-ci yerdə qərarlaşıb.