22 dekabr 2025. Bazar ertəsi

İtaliya nəhəngindən Ziyexə maraq


  • Transfer
  • 18:14 05.10.2022
  • Oxunma sayı: 129
İtaliya nəhəngindən Ziyexə maraq

 “Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyex karyerasını İtaliya çempionu “Milan”da davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Xəbərdə, A Seriya klubunun mərakeşli futbolçu ilə müqavilə bağlamaqda israrlı olduğu vurğulanıb. Lakin onun illik 5 milyon avro maaşı transferin baş tutmasına əngəl yaradır.

29 yaşlı Ziyex 2020-ci ilin yayında “Ayaks”dan “Çelsi”yə keçsə də, əsas heyətə düşə bilməyib. Bu mövsüm yarımmüdafiəçi İngiltərə çempionatının və Çempionlar Liqasının oyunlarında cəmi 116 dəqiqə meydanda olub.

Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq