“Sevilya” baş məşqçi Xulen Lopeteqini istefaya göndərib. Corner.az xəbər verir ki, klub rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Borussiya”ya (Dortmund) 1:4 hesabı ilə məğlubiyyətdən dərhal sonra 56 yaşlı mütəxəssis ilə yollarını ayırıb.
İspan çalışdırıcı 2019-cu ilin yayında “Sevilya”ya baş məşqçi təyin edilmişdi.
Əndəlusiya təmsilçisinin "sükan"ı Fatih Terimə tapşırılacağı bildirilir.