Cech Chelsea'yə qayıdır - finaldan sonra
-
Transfer
-
10:03 22.05.2019
-
Oxunma sayı: 612
Arsenal'ın qapıçısı Petr Cech mövsümün sonunda sabiq klubu "Chelsea"yə qayıdacaq.Corner.az xəbər verir ki, Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı qolkiper "zadəganlar"ın idman direktoru olacaq. 2017-ci ilin noyabrında Maykl Emanolanın istefasından sonra London klubunda sözügedən vəzifə boş qalıb.Qeyd edək ki, Cech 2004-2015-ci illərdə "Chelsea"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.(qol)