İspaniyanın “Valensiya” klubu müdafiəçisi Hüqo Gilyamonla müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilin 30 iyunununa kimi nəzərdə tutulub.
İspan oyunçu “yarasalar”ın öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinir. Mərkəz müdafiəçisi bu komandada meydana çıxdığı 77 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya milli komandasında da 3 rəsmi matça çıxıb, 1 qol vurub.