27 oktyabr 2024. Bazar günü

Neftçi'nin baş məşqçisi sabiq klubunda?


  • Transfer
  • 14:15 08.10.2022
  • Oxunma sayı: 92
Neftçi'nin baş məşqçisi sabiq klubunda?

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" komandasının sükanı arxasına əsas namizədlərdən biridir.

Corner.az "prosport.ro" saytına istinadən xəbər verir ki, klubun prezidenti Cici Bekali 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

64 yaşlı funksionerin siyahısında, ümumilikdə 4 baş məşqçinin adı olsa da Regekampfın "Styaua"ya rəhbərlik etmə şansının çox aşağı olduğu bildirilir. Yerli mətbuat hesab edir ki, "Neftçi" ilə 2 illik müqaviləsi olan rumıniyalı mütəxəssis Azərbaycanda yaxşı məvacib aldığı üçün bu baş tutmaya bilər.

Qeyd edək ki, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nı çalışdırmış Laurentsiu Regekampfın bir müddət öncə mətbuata açıqlamasında bu komanda ilə danışıq aparmadığını açıqlamışdı.







Transfer