15 avqust 2026. Şənbə

Guardiola Juventus'da? - iddia


  • Transfer
  • 15:55 22.05.2019
  • Oxunma sayı: 549
Guardiola Juventus'da? - iddia
Manchester City'nin baş məşqçisi Pep Guardiola Juventus'un sükanı arxasına keçə bilər.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  48 yaşlı mütəxəsis "qoca sinyora"nın idman direktoru Fabio Paratiçi ilə görüşüb. Tərəflər arasında artıq razılıq olunduğu bildirilir.Razılaşmaya görə, Guardiolanın Turin təmsilçisi ilə 4 illik müqavilə bağlayacağı iddia olunur.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2016-cı ilin yayından "şəhərliləri" çalışdırır.





Transfer