İngiltərə "Mançester Yunayted"inin hücumçusu Kriştiano Ronaldo karyerasını ABŞ-da davam etdirə bilər.
Corner.az "Daily Star"a istinadən xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubu portuqaliyalı futbolçuya illik 34 milyon avro məvacib təklif edib.
Tərəflər arasında artıq mümkün transfer müzakirə də olunub. Razılıq əldə olunacağı təqdirdə 37 yaşlı oyunçu gələn ilin yanvarında MLS klubunda çıxış edəcək.
Təcrübəli forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus kluba hələlik yekun qərarını bildirmədiyi vurğulanıb.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyuna çıxıb və 1 qol vurub.