11 mart 2026. Çərşənbə

Rakitic'dən İnter açıqlaması


  • Transfer
  • 21:20 22.05.2019
  • Oxunma sayı: 483
Rakitic'dən İnter açıqlaması

Barcelona'nın futbolçusu İvan Rakitic İnter'ə keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Corner.az xəbər verir ki, Football İtalia'ya açıqlamasında məlumatı təkzib edən 31 yaşlı futbolçu  komanda da xoşbəxt olduğunu bildirib: "Bilmirəm, mətbuat niyə adımı İnter'lə hallandırır. Digər klublara, eləcə də İnter'ə böyük hörmətim var. Əla komandadır, ancaq mən hazırda olmaq istədiyim komandadayam. Əgər mənimlə maraqlanırlarsa, deməli, yaxşı futbolçuyam. Lakin burda xoşbəxtəm. Ailəm də burada xoşbəxtdir. Heç vaxt "Barcelona"dan getmək fikrim olmayıb".


Qeyd edək ki, xorvatiyalı futbolçu 2014-cü ildən Barcelona'da çıxış edir.







Transfer