- Transfer
- 21:53 26.11.2024
İspaniyanın "Atletiko" (Madrid) komandası "Barselona"dan icarəyə götürdüyü Fransa millisinin futbolçusu Antuan Qrizmannı birdəfəlik transfer edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.
Təcrübəli oyunçu bu mövsüm paytaxt klubunun heyətində meydana çıxdığı 11 matçda 3 qol və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Antuan Qrizmann 2019-cu ildə 120 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya keçib. Madridlilər ötən ilin sentyabrında fransalı forvardı icarəyə götürüb.