5 oktyabr 2026. Bazar ertəsi

Qarabağ'ın rəqibi qapıçısı ilə yeni müqavilə imzaladı


  • Transfer
  • 20:54 10.10.2022
  • Oxunma sayı: 124
Qarabağ'ın rəqibi qapıçısı ilə yeni müqavilə imzaladı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.
 
Almaniyalı qolkiper ölkəsinin U-21 yığmasında da çıxış edir.
 
Xatırladaq ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında 6-cı tur matçı noyabrın 3-də Bakıda olacaq.






Transfer