27 oktyabr 2024. Bazar günü

FİFA Mahir Emreli ilə bağlı qərarını ləğv etdi


  • Transfer
  • 22:20 10.10.2022
  • Oxunma sayı: 236
FİFA Mahir Emreli ilə bağlı qərarını ləğv etdi
FİFA Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib. Corner.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 25 yaşlı hücumçunun futbal oynamasına qoyulan qadağa götürülüb. Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.
 
Xatırladaq ki, FİFA Mahir Emrelini Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Futbolçu həmin qərardan sonra sabiq komandasına olan borcunu ödəyib. Bu üzdən də FİFA öz qərarını ləğv etməli olub.






Transfer